Dünya

Kılıçdaroğlu Özdağı razı saldı? – Gizli görüş keçirilir

Ötən gün axşam saatlarında Cümhuriyyət Xalq Partiyasının sədri, prezidenliyə namizəd Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının sədri Ümid Özdağ arasında gizli görüşün keçirildiyi deyilir.

Jamaz.info Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər görüş barədə rəsmi məlumat yaymayıb, lakin partiya sədrlərinin 7 maddəlik razılaşma əldə etdiyi iddia olunur.

Razılaşmaya aşağıdakı maddələr daxildir:

1. Konstitusiyanın ilk 4 maddəsi dəyişməyəcək;

2. Konstitusiyanın 66-cı maddəsi olduğu kimi saxlanılacaq;

3. 1924-cü il konstitusiyasına sadiq qalınacaq;

4. Qaçqınlar 1 il ərzində göndəriləcək;

5. Terrora qarşı mübarizə təsirli şəkildə aparılacaq;

6. Korrupsiya ilə mübarizə təsirli şəkildə aparılacaq;

7. İctimai təyinatlar meritokratiyaya əsaslanacaq.

Qeyd edək ki, Ümid Özdağın sədri olduğu Zəfər Partiyası ATA ittifaqından ayrıldığını bəyan edib. İttifaqın prezidentliyə namizədi olan Sinan Oğanın seçkilərin ikinci turunda AKP lideri Rəcəb Rayyib Ərdoğanı dəstəkləməsi birmənalı qarşılanmayıb.

Ümid Özdağ hələ seçki ilə bağlı mövqeyini açıqlamasa da, onun Kılıçdaroğluna dəstək verəcəyi deyilir. Bu məqsədlə Ümid Özdağ Kılıçdaroğlu ilə görüşlər keçirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button