Ölkə içi

Tiqran Xaçatryan: “Müharibədən sonra Qubadlı və Laçındakı əlverişli mövqeləri əldən verdik”

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında anklavların Azərbaycana qaytarılması ilə bağlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, o, həmin anklavların Azərbaycana verilməsinə qarşı olduğunu deyib.

Lakin əlavə edib ki, Ermənistan Baş Qərargahının bəzi rəsmiləri buna qarşı çıxıblar. Belə ki, onlar anklavların Azərbaycana verilməsini istəyiblər.

Ermənistanın Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan bununla bağlı “Hraparak” qəzetinə danışıb. O iddia edib ki, üçtərəfli bəyannamənin mətnində anklavların Azərbaycana verilməsi ilə bağlı müddəalara qarşı çıxıb.

O bildirib ki, bundan həm təəccüblənib, həm də əsəbləşib. “Bir az təəccübləndim və əsəbiləşdim və dedim ki, anklavların təhvil verilməsinin və ya həmin əraziləri tərk etməyin atəşkəsə nə aidiyyəti var? Müəyyən müzakirə oldu, ondan sonra mən şəxsən keçmiş müdafiə naziri Davit Tonoyanla danışdım. Mənimlə telefon danışığı zamanı o, Nikol Paşinyanla danışdı ki, heç olmasa həmin anklavların bir hissəsi sənəddən çıxarılsın”.

O qeyd edib ki, Paşinyanın kiminlə nə razılaşdığını bilmir. Lakin şəxsən o, bəyanatın mətnində anklavlarla bağlı bəndi görərək, hətta erməni qoşunlarının hansı ərazilərdən çıxmalı olduğu barədə də fikirlərini bildirib. “Qubadlı, Laçın yaxınlığındakı mövqelərimizi tərk etməmək təklifi var idi. Orada yaxşı mövqelərimiz var idi. Bunun müqabilində Azərbaycan tərəfi Qarabağdan Ermənistana keçən hissələrdəki kəsikləri tərk etməli idilər. Amma bu da qəbul olunmadı”.

Xaçatryan vurğulayıb ki, o zaman həmin təkliflər kağız üzərində yazılmayıb. “Çünki vəziyyət çox sürətlə inkişaf edirdi. Sonradan təbii ki, bütün bunlar sənədləşdirildi. Amma əvvəldən təklif Nikol Paşinyana şifahi təqdim olunub”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button