Dünya

“Rusiya Azadlıq” legionu Belqorodun bir neçə rayonunu nəzarətinə alıb: ruslar panika içində qaçırlar 

Mayın 23-dən etibarən “Rusiya Könüllülər Korpusu” və “Rusiyaya azadlıq” legionu Belqorod vilayətinin bir hissəsinə nəzarəti davam etdirir. Hazırda “antiterror əməliyyatı” aparılır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

O qeyd edib ki, silahlı dəstələr hələ də Belqorod vilayətinin bir neçə yaşayış məntəqəsində yerləşir.

Qrayvoron bölgəsindəki vəziyyətə gəlincə, qurum rəsmisi qeyd edib ki, ərazi Müdafiə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində təmizlənir. Eyni zamanda, Qladkovun sözlərinə görə, sakinlərə hələ də evə qayıtmaq tövsiyə edilmir.

Bundan əvvəl Qladkov bildirib ki, Qrayvoronsk vilayətinin sakinlərinin əksəriyyəti evlərini tərk edib.

Əlavə edək ki, “Rusiyaya Azadlıq” Legionu və Rusiya Könüllülər Korpusunun döyüşçüləri Belqorod vilayətində “demilitarizasiya zonası” yaratdıqlarını bəyan ediblər. Onların fikrincə, bu, rusların Ukraynaya bu ərazidən hücum etməməsi üçün lazımdır.

Eyni zamanda qubernator şiddətli döyüşlər nəticəsində 2 mülki vətəndaşın yaralandığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button