Tərtər rayonunda Yaşıllaşdırma İdarəsində çalışanların əmək haqlarının kəsilməsinə dair iddialar var. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Həmin məlumatda deyilir ki, Yaşıllaşdırma İdarəsində çalışan işçilərin aylıq əmək haqlarının məbləği 374 manat olsa da, onlar faktiki olaraq 328 manat maaş alırlar. Bununla bağlı qeyd edilir ki, belə bir göstəriş Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov tərəfindən verilib.
Həmin iddiaya görə, icra baqşçısı işçilərin maaşlarının 46 manatını özünə götürür.
Məsələ ilə bağlı Tərtər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, bizə cavab verən olmadı. Qaraşı tərəfi də dinləməyə hazırıq.