Dünya

“Qaçqınların geri qayıtmağını istəyirik” – Suriya XİN

Suriyanın Xarici İşlər Nazirliyi qaçqınların ölkə qayıtması barədə açıqlama verib.

Jamaz.info xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi Dəməşq qaçqınların Suriyaya geri dönməsini istəyir.

“Lakin Suriyaya qarşı sanksiyaların tətbiq olunması buna əngəl törədir”, – deyə qeyd olunub.

Xatırladaq ki, 2011-ci ildə Suriyada prezident Bəşər Əsədə qarşı etirazlar vətəndaş müharibəsinə çevrildikdən sonra milyonlarla suriyalı ölkəsini tərk etməyə məcbur qalıb. Qaçqınlar əsasən, Türkiyə, Livan və İordaniya kimi həmsərhəd ölkələrə, eləcə də Avropaya köçüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button