Dünya

Qaribaşvili: “Biz Avropa İttifaqının siyasətinə tabe olmayacağıq”

“Tbilisi Avropa İttifaqının üzvü olmadığı üçün onların siyasətinə tabe olmayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ-nin Rusiya ilə birbaşa uçuşların bərpası ilə bağlı tənqidinə cavab olaraq bildirib.

“Avropa İttifaqının siyasətinə uyğun gəlmək üçün Aİ-nin üzvü olmalıyıq. Bu gün biz hələ Avropa İttifaqının üzvü deyilik. Bu üzvlük məsələsi isə illər çəkəcək”, – deyə Qaribaşvili bildirib.

Hökumət başçısı bir daha qeyd etdi ki, Rusiya ilə hava əlaqəsinin bərpası düzgün qərardır. Eyni zamanda o, Qərbin sanksiyaları altında olan aviaşirkətlərin təyyarələrinin Gürcüstana uçmayacağını vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button