Ölkə içi
Peskov: “Gələn həftə Əliyev və Paşinyan Moskvada olacaq”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla müzakirə edəcək məsələlərlə bağlı açıəqlama verib. JAMAZ.İNFO xəbər verir ki, Peskov gələn həftə əsasən Avrasiyaya inteqrasiya məsələləri ilə məşğul olacaqlar.
“Gələn həftə biz Avrasiya inteqrasiya məsələləri ilə məşğul olacağıq. Biz gözləyirik ki, İlham Əliyev də, Nikol Paşinyan da Moskvada olacaq”, – deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, Putin, Paşinyan və Əliyev arasında üçtərəfli görüş mayın 25-də Moskvada nəzərdə tutulub.