Ölkə içi

ABŞ rəsmisi: “Bakı və İrəvan arasında sülh mümkündür, bütün danışıqları alqışlayırıq”

 “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki ölkə arasında davamlı və ləyaqətli sülhün bərqərar edilməsinə yönəlmiş danışıqları davam etdirəcəyi barədə elanı alqışlayır”. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Moskvada hər iki ölkənin xarici işlər nazirləri və liderləri səviyyəsində keçiriləcək Ermənistan-Azərbaycan danışıqlarına münasibət bildirərkən deyib.

Patel qeyd edib ki, harada baş verməsindən asılı olmayaraq istənilən Ermənistan-Azərbaycan danışıqları xoşdur. “Biz tərəflər arasında birbaşa danışıqların çox vacib olduğuna inanırıq və onların baş tutmasına şadıq. İstər Arlinqtonda, istər Brüsseldə, istərsə də Moskvada baş tutsun, biz bu səyləri dəstəkləməyə davam edirik”.

Bu danışıqlardan gözlənilən nəticələrə gəlincə, diplomat şərh verməkdən imtina edib. O, bir daha vurğulayıb ki, Vaşinqtonun fikrincə, tərəflər arasında sülh mümkündür.

“ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ötən il sələfi Filip Riker kimi rusiyalı həmkarları ilə əlaqə saxlamağa cəhd edibmi” sualına Patel belə cavab verib: “Luis Bono bu məsələ ilə fəal məşğuldur”.

O, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında mayın əvvəlində ABŞ-da keçirilən danışıqların çox konstruktiv keçdiyini bir daha təsdiqləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button