Dünya
Krımda dəmiryolu partladıldı
Rusiya tərəfindən ilhaq edilən Krımın Simferopol şəhərində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Jamaz.info xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, qatarların hərəkətinin dayandırılmasına qəza səbəb olub, nəticədə taxıl daşıyan beş vaqon relsdən çıxıb.
Teleqram kanallarında dəmir yolunda partlayış baş verdiyi iddia edilir. Rusiya hakimiyyətinə yaxın “Mash” kanalı yazıb ki, dəmiryolunda törədilən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb. Hadisə yerli vaxtla səhər saat 08.20-də Simferopolun Baxçasaray rayonunda qeydə alınıb.
İtki və xəsarət alanlar barədə məlumat verilməyib.