Dünya

Kiyev və Odessaya raket hücumu

Rusiya Ukraynanın cənubundakı Odessa şəhərindəki sənaye obyektinə raket zərbəsi endirib.

Jamaz.info xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyanın sözçüsü Sergey Bratçuk “Telegram”da məlumat yayıb.

Bildirilir ki, raket zərbəsi nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Rusiya ordusu Kiyevə də hücuma cəhd edib. Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko “Telegram”da bildirib ki, Kiyevə qanadlı raketlərlə hücum edilib, onların hamısı hava hücumundan müdafiə vasitələri ilə vurulub. Havada vurulan raketlərin qalıqları şəhərə düşüb və nəticədə Desnyanski rayonunda qeyri-yaşayış binasında yanğın baş verib. 

Kiyev meri Vitali Kliçko Dnepr bölgəsinə də raket qalıqlarını düşdüyünü bildirib. O, paytaxtda itkilərin olmadığını vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button