ManşetSosial

GDU-nun rektoru səlahiyyətlərini kimə verib?

Gəncə Dövlət Universitetinin bir qrup müəllimi redaksiyamıza məktub ünvanlayıb. JAMAZ.İNFO-nun elektron poçtuna daxil olan həmin məktubda GDU-dakı özbaşınalıqlardan bəhs olunur.

Müəllimlər yazırlar ki, rektor Yusif Yusibov ötən gün universitetdə qarşıdan gələn imtahan sessiyası ilə bağlı yığıncaq keçirib. “Əslində, imtahanlar üçün fənn proqramı və keçilən dərslər əsas götürülməlidir.  Lakin rektorun göstərişi ilə imtahan biletləri hazırlanıb. Bu  biletlərə isə cəmi 80 sual salınıb. Bu sualların cavabları əslində həm kitablarda, həm  də  müəllimlərin tələbələrə yazdırdıqları mühazirə mətnlərində var. Tələbələr   buradan öyrənib, cavabları imtahan zamanı özü yazmalıdır. Amma rektor müəllimləri məcbur edir ki, onlar hər bir biletə düşən sualların cavablarını yazıb, rəhbərliyə  təhvil  versin. Maraqlıdır, biletə düşən sualların cavabı   yalnız imtahanda bilet  çəkiləndən sonra tələbə  tərəfindən yazılmalıdır.  Müəllimlər  bu sualların cavabını imtahan hələ olmamış niyə yazıb  hazırlamalıdır  ki?”

Qeyd edək ki, bunun səbəbini elə şikayətçi müəllimlər özləri açıqlayıblar. Onlar yazırlar ki, səbəb Yusif Yusibovun qoyduğu şərtlərdir. “Rektor kimlərin pulunu alırsa, biletlərin cavabını hazır şəkildə tələbəyə verir ki, qoy köçürsün. Pulunu əvvəlçədən verən belə tələbələr üçün xüsusi  otaqlar  da təşkil olunur. Yəni pul verən tələbələr  xüsusi otaqlara salınır, orada  hamı  biletlərin  cavablarını  köçürür.  Bir imtahanın qiyməti 100 manatdır”.

Müəllimlər deyir ki, GDU-da kafedra müdirləri və dekanların hüquqları əlindən alınıb. “Normal bir savadı, qabiliyyəti və elmi dərəcəsi olmayan adamlar dekanların fəaliyyətini yoxlayır. Rektor isə iclasda deyir: “O dekan, ölüb yerə girsin ki, Seva gəlib onun səhvini  tutur”. Rektor Yusif   Yusibov Seva dedikdə Tədris şöbəsində işləyən Sevinc Quliyevanı nəzərdə tutur”.

JAMAZ.İNFO-ya müraciət edən müəllimlər daha sonra vurğulayırlar ki, fevral ayının 16-dan mayın sonunadək orta məktəblərdə universitet tələbələri  pedaqoji  təcrübə  keçməlidir.  “Amma  bir  tələbədən  400-500 manat  pul alıb, onları  buraxdılar. Heç kim təcrübəyə gəlmədi. Təhsil Naziri Emin Əmrullayev  Gəncəyə gələndə təcili olaraq tələbələri çağırıb süni görüntü yaratdılar ki, guya hər şey qaydasındadır.  İndi rektor deyir ki, pedaqoji təcrübənin hesabat müdafiəsi lazım deyil, hamıya qiymət yazaq. Çünki pulu alınıb”.

Yazıda adıları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button