ManşetÖlkə içi

Ermənilər Laçın Sərhəd Keçid Məntəqəsinin önündə aksiya keçirməyə hazırlaşırlar

Ermənistanda fəaliyyət göstərən “Könüllülər Hərrakatı” adlı QHT Azərbaycanla sərhəddə, yeni açılan Laçın Sərhəd Buraxılış Məntəqəsinin önündə aksiya keçirməyə hazırlaşır. JAMAZ.İNFO bildirir ki, bu barədə QHT-nin rəhbəri, keçmiş hərbçi Artaşes Mxitaryan açıqlama verib.

O deyib ki, ilk aksiyaları mayın 20-nə təyin olunub. Məqsədləri isə Qarabağda yaşayan ermənilərə dəstək vermək və Sərhəd Keçid Məntəqəsinin açılmasını tələb etməkdir.

Mxitaryan bildirib ki, aksiyada bir çox şüarlar səsləndirəcəklər. Lakin “ana şuar”ları “Qarabağ bizimdir, Qarabağ Ermənistandır, Ermənistan Qarabağdır”dan ibarət olacaq.

QHT rəhbəri onu da qeyd edib ki, aksiya təkcə Laçın dəhlizinə yaxın yerdə deyil, həmçinin Tovuz və Qazax istiqamətlərində də sərhədyanı ərazilərdə təşkil olunacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button