GündəmManşet

Qazaxın 8, Naxçıvanın isə 1 kəndinin geri qaytarılacağı ilə bağlı xəbər yayılıb: Ərazidə ölçmə işləri aparılır  

Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Azərbaycanın hal hazırda Ermənistan tərəfindən işğal altında olan anklavlar barədə də müzakirələr aparıldığ və razılaşma əldə edildiyinə dair məlumatlar yayılıb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatlar artıq dünəndən erməni mediasının əsas gündəminə çevrilib.

Həmin nəşrlərin yaydıqları məlumatda, Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbnaycanın ərazi bütövlüyünü tanıması səbəbindən Qazaxın 8, Naxçıvanın isə bir kəndinin də bu bütövlıüyə daxil edildiyi qeyd edilir. Hərçənd erməni mediası iddia edir ki, Ermənistanda Azərbaycana məxsus kənd yoxdur. Onlar anklavların isə ən yaxşı halda 4 ola biləcəyini də bildirirlər.

JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən İcevan rayonunun Aygehovit icmasında ərazilərin ölçmə işlərinə başlanılıb. Kənd sakinlərinin “Hraparak”a verdiyi məlumata görə, Brüsseldə keçirilən görüşün ardından bir qrup şəxs bölgəyə gələrək, əraziləri ölçməyə başlayıblar. “Bizə heç nə demirlər. Lakin davranışlardan belə başa düşürük ki, bu ərazilər Azərbaycana veriləcək. Belə olarsa, bir çox evlərimiz, bağlarımız, əkin sahələrimiz həmin ölçülən ərazilərdə qalacaq”.

Aygehovit icmasının rəhbəri Levon Qriqoryan isə “Hraparak”a açıqlamasında bu barədə nəsə deyə bilməyəcəyini bildirib. “Məndə belə bir məlumat yoxdur. Ölçmə işləri isə 2022-ci ildə başa çatdırılıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button