Cəmiyyət

Səfirlik Bakıdakı ikinci tur seçkilərinin vaxtını açıqladı

Türkiyənin Azərbaycandakı səfirliyi prezident seçkilərinin ikinci turu ilə bağlı vətəndaşlara müraciət edib.

Jamaz.info xəbər verir ki, müraciət səfirliyin rəsmi tviter səhifəsində paylaşılıb.

“İkinci tur üzrə səsvermə proseduru səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında gerçəkləşdiriləcək. Bütün vətəndaşlarımıza sayğı ilə elan olunur”, – paylaşımda deyilir.

Xatırladaq ki, ilk tur prezident və parlament seçkiləri üçün Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının  səverməsi 5-7 may tarixlərində baş tutub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button