Dünya

Ağ Evdə İranla bağlı təcili brifinq keçiriləcək

Bu gün Ağ Ev ABŞ senatorları üçün İranla bağlı brifinq keçirəcək.

Jamaz.info xəbər verir ki, brifinqdə ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri Tehrandan gələn təhdidlər və İranın nüvə sazişi üzrə danışıqların gedişi barədə məlumat verəcəklər.

Brifinqdə ABŞ dövlət katibinin müavini Vendi Şerman, müdafiə nazirinin müavini Kolin Kahl, ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun birinci müavini Morqan Myuir və digər yüksək səviyyəli hökumət rəsmiləri iştirak edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button