Dünya

Ukrayna ordusu əks-hücuma hazır deyil – Amerikalı general

Ukrayna Silahlı Qüvvələri yüksək risklərə görə uzun müddətdir əks-hücuma hazırlaşır.

Jamaz.info xəbər verir ki, ABŞ ordusunun ehtiyyatda olan general-leytenantı Mark Hertlinq bu haqda “The Washington Post” qəzeti üçün məqalə yazıb.

O məqaləsində bildirib ki, hücum üçün böyük qüvvələr, dəqiq atış və etibarlı təchizat xətləri vacibdir. Bu baxımdan Ukrayna Silahlı Qüvvələrin hazırlıq keçməsinə xeyli vaxt lazımdır.

Amerikalı general onu da söyləyib ki, Ukrayna qoşunları əvvəllər belə irimiqyaslı əməliyyatlarla qarşılaşmayıb, buna görə də hazırda əks-hücuma hazır deyil.

“Hətta təcrübəli və yaxşı təlim keçmiş qüvvələr üçün döyüş gücünü bir neçə həlledici hücum nöqtəsində cəmləmək olduqca çətindir”,- deyə Hertlinq bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button