Ölkə içi
“Formula 1”lə bağlı təklif: İctimai rəy öyrənilməlidir
Milli Məclisdə “Formula 1” yarışının uzadılması ilə bağlı ictimai rəyin öyrənilməsi təklif edilib.
Jamaz.info xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
“Bakı şəhərində 7 ildir “Formula 1” yarışı keçirilir. Yarışın müddəti daha 3 il artırıldı. Amma bu cür insanların geniş müzakirəsinə səbəb olmuş məsələrlə bağlı qərarın qəbulunda ictimai rəy öyrənilmir. Təklif edirəm ki, belə məsələlərdə ictimai rəyin öyrənilməsi vacibdir”,- deyə deputat çıxışında bildirib.
Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran-Prisi 2026-cı ilədək F1 təqviminə əlavə olunub. Yeni imzalanmış üçillik müqaviləyə əsasən, “Formula 1” Azərbaycan Qran-Prisinin müddəti 2026-cı ilədək uzadılıb.