AraşdırmaManşet

Separatçılar Qarabağda hərbi səfərbərliyə hazırlaşır: Terrora Vardanyan rəhbərlik edəcək

Qarabağdakı erməni terrorçuları yeni planlarını açıqlamağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, hazırda qondarma rejimin rəhbəri olan Arayik Harutyunyan Bakı ilə danışıqlar məsələsində tərəddüd etsə də, müharibə variantından qaçır.

Lakin bir zamanlar özünü “dövlət naziri” elan etmiş, Rusiyanın kuklası olan Ruben Vardanyan isə tamamilə əks fikirdədir. JAMAZ.İNFO “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Vardanyan aprelin 23-də Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyana vəziyyətdən çıxmağa dair təkliflər paketini təqdim edib. Onun təşəbbüsü ilə yaradılmış “Biz və bizim dağlarımız” adlı qondarma təşkilatın adından təqdim olunan “strategiya”da vəziyyətdən çıxmaq üçün hansı addımların atılması lazım olduğu ilə bağlı onlarla məqam qeyd olunub.

Məlumatda deyilir ki, onların arasında Qarabağın hərbiləşdirilməsi, hərbi səfərbərliyin elan edilməsi kimi təkliflər də var. “Mayın 9-da keçirilən mitinqdə Ruben Vardanyan Araik Harutyunyana ictimai ultimatum təqdim edərək deyib ki, biz artıq qırmızı xətləri keçmişik, hökumət bunu həyata keçirməyəcəksə, o zaman özləri edəcəklər”.

Qeyd edək ki, bu fikirdə olan təkcə Vardanyan deyil. Həmçinin Qarabağdakı separatçıların bir başqa nümayəndəsi, uzun müddət Azərbaycana qarşı savaşmış “hərbçi” Senor Hasratyan da çıxış yolunu müharibədə görür. O, özünün Facebook səhifəsində yazır: “Azərbaycan-Ermənistan silahlı qarşıdurmasının həllinin açarı bəzi sülhsevərlərin düşündüyü kimi Vaşinqtonda, Brüsseldə və ya Moskvada deyil, səngərlərdədir. Sülhməramlı qüvvələrin, KTMT və ya Avropa İttifaqı müşahidəçilərinin regionda rolunun nə olduğunu ən yaxşı şəkildə Fərruxda, Dığda və Zodda baş verən hadisələr göstərir. Dünya dilənçiyə deyil, sülhü təmin edənə hörmət edir”.

P.S. Vardanyan nəyin bahasına olursa, olsun geriyə, Qarabağa qayıtmaq istəyir. Bu, onun şəxsi istəyi deyil, Kremlin təlimatıdır. Çünki indiki məqamda Qarabağda aranı qarışdırıb, münaqişəni yenidən alovlanmasını Rusiyadan başqa heç kim istəmir. Vardanyan isə ermənilərin boş yerə qanlarını tökmək üçün rusların ən optimal variantıdır.

Görünən odur ki, Qarabağda hələlik mövqeləri olan və rus kəşfiyyatının da dəstək verdiyi Vardanyan, bir şəkildə təxribat törədəcək. Bu təxribat şübhəsiz Azərbaycan Ordusunun bölmələrinə hücumlar, mövqelərimizin intensiv atəşə tutulması və bu qəbildən olan hallarla müşahidə olunacaq. Rusiyaya da indiki məqamda bu lazımdır. Onlar bundan istifadə edib, Qarabağda uzun müddət qalmağı planlaşdırırlar.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər məlumat yayaraq, Ordumuzun mövqelərinin Laçın, Xocalı, Ağdərə və Xocavənd istiqamətindəki mövqelərinin Qarabağdakı erməni terrorçuları tərəfindən atəşəm tutulduğu barədə məlumat yayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button