Cəmiyyət

Məktəblərdə bütün tapşırıqlar dərsliklərdən olmalıdır – Nazirlik

Məktəblərdə şagirdlərə təqdim olunan bütün tapşırıqlar dərsliklərdən olmalıdır.

Jamaz.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O qeyd edib ki, dərslikdə mövcud olan tapşırıqların elmi, metodiki və pedaqoji açıqlaması var.

“Tapşırıqlar dərslikdə yoxdursa, deməli bu, tədris olunmamalıdır. Ümumilikdə, bütün məktəblərdə tədris dərsliklər üzərindən gedir. Dərsliklər də dövlət təhsil standartlarına uyğun hazırlanır”, – Nazirlik rəsmisi bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button