GündəmManşet

Zodda vəziyyət gərgindir: 2 erməni əsgəri öldürülüb, 6-sı yaralanıb

Xəbər verildiyi kimi, Ermənistan dünəndən etibarən Basarkeçər rayonunun Zod kəndi istiqamətində təxribata əl atmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusunun mövqelərini intensive atəşə tutan ermənilər, səhər saatlarından etibarən artilleriya və minaatanlardan da istifadə etməyə start verib.

Ermənistan Müdafiə Nazirliyi səhər açıqlamasında Zod istiqamətində artilleriya və minaatanlardan istifadə edildiyini təsdiqləyib. Erməni tərəfi bildirib ki, bu gün səhər saat 08:00-a qədər Ermənistan ordusunun 3 əsgəri yaralanıb. Düşmən ölən əsgərləri barədə xəbər verməyib.

Erməni mediası isə yazır ki, MN-in açıqlaması reallığı əks etdirmir. Onlar Ermənistan ordusunun 2 əsgər itirdiyini, ən azı 6 yaralısının olduğunu bildirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button