ManşetSiyasət

Əliyev, Paşinyan və Putin mayın 25-də Moskvada görüşəcək?

Qarabağdakı ermənilər bütün nəzərlərini mayın 25-nə yönəldib. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb Moskvada keçiriləcək görüş hesab olunur.

Belə ki, “Hraparak” qəzeti Rusiya sülhməramlı kontingentin Qarabağdakı komandanı Aleksandr Lentsova istinadən xəbər yayıb ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq. “Hökumətə yaxın mənbələrin bildirdiyinə görə, Lentsov həm Bakıya getməzdən əvvəl, həm də getdikdən sonra Qarabağ “hakimiyyəti”nə səfərdən böyük gözləntilərinin olmamasını deyib. O bildirib ki, 10 noyabr bəyanatını imzalayan tərəflərin razılığı çərçivəsində məsələ tamamilə siyasi müstəvidə həlli mümkündür. Ona görə də, Laçındakı sərhəd keçid məntəqəsinin ləğv olunmasını gözləmək lazım deyil. O hətta bəyan edib ki, mayın 25-də Putinin vasitəçiliyi ilə Paşinyanla Əliyev arasında görüş keçirilməli və keçid məntəqəsi məsələsi həmin görüşdə həll olunmasına dair məlumata malikdir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Moskva səfəri və orada Paşinyan və Putinlə görüşəcəyinə dair heç bir rəsmi məlumat yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button