Ermənistanın paytaxtı İrəvanda reklam lövhəsi üzərindəki Qarabağ separatçılarının əski parçasının şəklinin çırılması ilə bağlı video yayılıb. JAMAZ.İNFO xəbər verir ki, bu addımı İrəvan sakini olan iki qadın həyata keçirib.
Onlar lövhə üzərində həkk olunmuş “bayrağın” fotosunu cıraraq, onu reklam şəklinin üzərindən siliblər. Bu hadisə Facebookun erməni sektorunda ciddi müzakirəyə səbəb olub. Erməni fəalların bir qismi iddia edib ki, həmin qadınları Ermənistan hakimiyyəti öyrədib. Digər qismi isə Ermənistanda Qarabağa olan marağın azalması ilə izah ediblər.