ManşetÖlkə içi

“Paşinyan Qarabağa muxtariyyət almağa çalışır”

“Paşinyanın son günlərinin ən diqqətçəkən ifadəsi “İlham Əliyev Qarabağa geniş muxtariyyət verməyə hazır deyil” idi”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

O bildirib ki, Ermənistanın baş naziri bu ifadəsi ilə hələ keçən il “Qarabağ məsələsində barı aşağı salmalıyıq” fikrinə aydınlıq gətirib. “Paşinyan açıq deyir ki, Qarabağın öz müqəddəratını təyinetmə və müstəqil olması ideyasının tərəfdarı deyil. Onun məqsədi Azərbaycanın daxilində Qarabağa özünü idarəetmə status almaqdır”.

Abramyan iddia edib ki, Ermənistan hakimiyyətin hazırda əsas məqsədi Qarabağa muxtariyyət status almaqdır. “Onlar buna can atırlar. Lakin Azərbaycan bu təkliflə nəiki razı deyil, heç yaxın da buraxmır. Bu gün aparılan danışıqların mahiyyəti də bundan ibarətdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button