GündəmManşet

Ermənilər Xankəndidə aksiya keçirməyə hazırlaşır: Ermənistan deputatlar da mitinqə qoşulacaqlarını deyiblər

Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinin yaydığı məlumata görə, yaxın günlərdə Qarabağda yaşayan ermənilər mitinq keçirməyə hazırlaşırlar.

JAMAZ.İNFO həmin qəzetə istinadən xəbər verir ki, mitinqin may ayı keçirilən bayramlardan biri ərəfəsində təşkili gözlənilir.

Məlumatda qeyd edilir ki, mitinqin təşəbbüskarı Qarabağda son zamanlar Azərbaycana qarşı imza toplayan bir qrup gənclər və Ermənistanın deputatı

Taquhi Tovmasyandır. Tovmasyanın iddiasına görə, iki gün ərzində Qarabağda Azərbaycandan ayrılmaq, Laçın dəhlizinin açılması, habelə Azərbaycanın Ermənistanla sərhəd buraxılış məntəqəsini ləğv etməsi “tələbi” ilə 5000-ə yaxın imza toplayıb.

Bundan başqa, həmin “təşəbbüskar”lar idda ediblər ki, guya, Azərbaycan Qarabağda “etnik təmizləmə” aparmaq istəyir, “soyqırım siyasəti” həyata keçirir və 10 noyabr razılaşmasını pozur. Mitinq də məhz bu tələblə keçiriləcək ki, həmin hallar dayandırılsın.

“Joqovurd”un yazdığına görə, artıq mitinq hazırlıqlarına başlanılıb. “Ola bilsin ki, Qarabağdakı hakimiyyət, eləcə də müxalifət bu mitinqdə iştirak etsin”.

P.S. Qarabağda yaşayan ermənilər dinc yaşamaq fikrindən uzaqdırlar. Əvvəla, Azərbaycan Qarabağda hər hansı soyqırım və ya etnik təmizləmə işləri aparmır. Əgər belə bir niyyətimiz olsaydı, indiyə orada bir erməni belə qalmazdı. İkincisi, Qarabağda etnik təmizləmə və soyqırım siyasətini elə ermənilər özləri həyata keçiriblər. 30 il ərzində 800 min insanı yurd yuvasından qovub, Xocalıda soyqırım törədən də elə ermənilər olub.

Əgər onlar Xankəndidə hər hansı mitinq keçirmək istəyirlərsə, buyursunlar. Amma Azərbaycan tərəfi də əliboş oturub gözləməməlidir. Birincisi, bunun qarşısını almaq üçün xəbərdarlıq etməli, əməl edilməyəcəyi təqdirdə, təsirli addımlar atmalıdır. Çünki Qarabağdakı separatçılara meydan vermək olmaz. Bu prosesləri yenidən 1988-ci ilə qayıtmasına səbəb ola bilər.

İkincisi, Ermənistan parlamentinin üzvlərinin Qarabağdakı aksiyalara qatılması rəsmi Bakı tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, separatçılıqla məşğul olmaq kimi qəbul edilməli və bunun qarşısını almaq üçün zəruri addım atmalıdır. Hətta zərurət olarsa, həmin deputatların həbsini belə həyata keçirmək lazımdır. Ki, qoy, onlara görk olsun.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button