ManşetÖlkə içi

Ceyms Uorlik: “Bakı üçün məqbul variant Qarabağa qismən öz müqəddəratını təyinetmə hüququ verməkdir”

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hazırkı mərhələdə tərəflər arasında yekun razılaşmanı qeyri-real hesab edir. JAMAZ.İNFO xəbər verir ki, diplomat bu barədə “Amerikanın Səsi” rtadisonua müsahibəsində deyib.

Onun sözlərinə görə, həll olunmamış çoxlu problemlər var, o cümlədən kommunikasiya, qaçqınlar, sərhədlər, təbii sərvətlərin idarə olunması və digər məsələlər.

Səfir Uorlik Qarabağın statusu məsələsi barədə danışarkən vurğulayıb ki, tərəfləri qane edəcək status məsələsi həll edilmədən davamlı sülhə nail olmaq mümkün deyil. “Mən Qarabağın müstəqilliyindən danışmıram. Düşünmürəm ki, o məsələ danışıqlar masasındadır, xüsusən də Azərbaycan baxımından. Lakin Bakı üçün məqbul olan variant müəyyən dərəcədə öz müqəddəratını təyinetmə ola bilər”.

Amerikalı səfir qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması indiyədək çox çətin məsələdir ki, bu da Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmək deməkdir. Keçmiş səfir deyir ki, bu gün Ermənistan bu istiqamətdə irəliləyir və onun sənədlə bağlı hansı qərarlar alacağı hələ məlum deyil. “Bakı göstərməlidir ki, Qarabağda müəyyən səviyyədə öz müqəddəratını təyinetmə olacaq ki, bu, Ermənistan üçün məqbul olsun”.

Uorlik Dağlıq Qarabağı Ermənistanla birləşdirməli olan Laçın dəhlizi məsələsini də mühüm məsələ hesab edir. “Heç kim Qarabağdan və onun de-fakto hakimiyyətlərindən son onilliklərdə mübarizə apardıqlarından sadəcə imtina edəcəklərini gözləmir. Düşünürəm ki, Qarabağda icmanın olması və onların Ermənistan, Azərbaycan və Qarabağın de-fakto hakimiyyətinin razılaşdığı statusa malik olması müəyyən qədər qəbul edilməlidir”.

Uorlikin fikrincə, danışıqlar prosesinin digər mühüm məsələsi Rusiya sülhməramlıları məsələsidir ki, bu da Moskvanın iştirakı ilə bağlıdır. “Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə məhəl qoyula bilməz. Çünki bu, bizim bugünkü yerimizin təməlidir. Bu yeganə əsasdırmı və bu, Moskvaya gələcək danışıqlarda hansısa şəkildə liderlik və ya təsir rıçaqları verirmi? Təbii ki, yox”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button