Dünya

Simonyan Şentopla görüşdü, Türkiyə səmasının Ermənistan üçün bağlanmasından danışdı

Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada türkiyəli həmkarı Mustafa Şentopla görüşüb, bir sıra əsas məsələləri, o cümlədən Türkiyənin hava məkanının Ermənistan aviaşirkətləri üçün bağlanmasını müzakirə edib. Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.
Jamaz.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.
Aprelin 29-da Ankara əvvəlcədən xəbərdarlıq etmədən Flyone Armenia şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda “Nemesis” əməliyyatının “qəhrəmanları”na abidənin açılışı ilə izah edib ki, onun məqsədi Osmanlı İmperiyasında qondarma “erməni soyqırımını təşkil edən” Gənctürklərin liderlərini məhv etmək olub. Ankara abidənin açılışını “təxribat” adlandırıb. Abidənin yaradılması təşəbbüsü Nemesis qrupunun üzvlərinin ailələrinə məxsus olub.
Ermənistan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Simonyan ümid etdiyini bildirib ki, görüş hava nəqliyyatı məsələsinin müsbət həll olunacağına kömək edəcək. Şentop cavabında bildirib ki, İrəvanda Nemesis memorialının açılışı Türkiyə tərəfi üçün ağrılı və həssas məsələdir.
Ermənistan parlamentinin rəhbərinin sözlərinə görə, İrəvan üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılmasına xüsusi önəm verir. O, Ankara sammitində iştirak etmək üçün diplomatik pasportla sərhədi keçə bilməməsindən təəssüfləndiyini bildirib.
“Bir sıra məsələlər üzrə Ermənistan və Türkiyənin mövqelərinin fərqli olmasına baxmayaraq, biz ümid edirik ki, görüş iki ölkənin parlamentləri arasında dialoqun qurulması və onun müddətini təmin etmək məqsədinə xidmət edəcək”, – Simonyan bildirib.
Şentop da da öz növbəsində əmin edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına çalışır. O, eyni zamanda Azərbaycan amilini qeyd etməyərək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəflərə və regiona fayda verəcəyini bildirib.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button