Dünya

Ermənistan parlamentində insident – Aİ səfiri hiddətləndi

Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Taquhi Tovmasyanla bağlı insidentdən hiddətlənib.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin parlamentdə müxalifətin “Mənim şərəfim var” blokunun deputatı, insan hüquqları komissiyasının sədri Taquhi Tovmasyanla baş verən son insidentdən narahatlığını bildirib.

Viktorin hökumətdəki həmsöhbətlərinə bildirib ki, Tovmasyan hazırda parlament komissiyasınd yeganə müxalifətçidir və o, vəzifəsindən (komissiya rəhbəri) uzaqlaşdırılarsa, bu, demokratiyaya və plüralizmə xələl gətirəcək.

Paşinyana kifayət qədər mehriban münasibət bəsləyən Aİ səfiri ona Tovmasyanın komissiya rəhbəri postundan uzaqlaşdırılması prosesinə başlamamağı tövsiyə edib.

Qeyd edək ki, aprelin 20-də parlamentdə çıxışından sonra müxalifətçi deputat kürsüdən getməyəcəyini və hakimiyyətin yalan danışmasına icazə verməyəcəyini bildirib. Ona müxalifətdən olan həmkarları da qoşulub. İqtidarla müxalifətdən olan deputatlar arasında insident yaşanıb. Parlamentin spikeri fasilə elan edib, təhlükəsizlik xidməti bəzi müxalifətçiləri, o cümlədən Tovmasyanı zorla zaldan çıxarıb.

Daha sonra “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan Tovmasyana etimadsızlıq səsverməsi prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button