Dünya

Türkiyə Ermənistan təyyarəsini ölkəyə buraxmadı

FlyOne” Ermənistanın İrəvan-Paris-İrəvan reysi Türkiyənin məhdudiyyətləri səbəbindən ləğv edilib.

Jamaz.info xəbər verir ki, bu barədə “Flyone Armenia” şirkətinin Direktorlar Şurasının sədri Aram Ananyan məlumat verib.

“Bütün sərnişinlər şirkətin Parisdəki xidməti və nümayəndəliyi ilə əlaqə saxlaya bilər ki, biz onların geri qaytarılmasını təşkil edək və ya kompensasiya verə bilək”, – Ananyan bildirib.

Onun sözlərinə görə, 80-ə yaxın sərnişin Parisdən uça bilməyib.

Bu hadisə aviaşirkətin uçuşu ilə bağlı ikinci insidentdir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button