Gündəm
Ermənilər sülhməramlılara qarşı aksiya keçirəcək
Qarabağda yaşayan ermənilər Xankəndidə Rusiya sülhməramlılarına qarşı etiraz aksiyası keçirməyə hazırlaşır.
Jamaz.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Qarabağda yaşayan ermənilərin sürü olmadığını göstərmək üçün etiraz yürüşü keçirəcəyik”, – erməni sakinlərdən biri deyib.
Aksiyanın nə vaxt və hansı səbəbdən keçiriləcəyi barədə detallar açıqlanmayıb. Lakin belə bir təşəbbüsün separatçılardan gəldiyi bildirilib.
Qeyd edək ki, ötən həftə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri dəyişdirilib. Belə ki, Rusiya müdafiə naziri general-polkovnik Aleksandr Lentsov Andrey Volkovla əvəzləyib.