Dünya

Fransa Ermənistanı silahlandırmağa hazırlaşır

Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər görməyə başlayıb.

Jamaz.info xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “Intelligence online” portalı məlumat yayıb.

Bildirilib ki, rəsmi Paris bu istiqamətdə praktiki addımlar atmağa hazırlaşır. Belə ki, Fransa tezliklə İrəvana daimi hərbi attaşe təyin edəcək. Hazırda bu funksiyanı Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir.

Bununla yanaşı, aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun (Direction générale de l’armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Eyni zamanda Fransa və Ermənistan arasındakı ikitərəfli silahlanma komitəsi öz işini bərpa edir. Komitəyə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb.

Nəşr 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistan prezidenti postunu tərk etməsindən təəssüfləndiyini bildirir. Çünki o, Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış edib. Sarkisyan “Thales”, “Areva”, “Alstom” kimi hərbi şirkətlərin maraqlarını təmsil edirdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button