![](https://jamaz.info/wp-content/uploads/2023/04/1682659049_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-780x450.jpg)
Cəmiyyət
Bu avtobuslarda gediş haqqı dəyişdi – Yeni qiymət
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.
Jamaz.info globalinfo.az-a istinadən xəbər verir ki, qeyri-rəsmi çalışan mikroavtobuslar şənbə və bazar günlərində, bayramlarda, həmçinin tıxacın olmadığı saatlarda sərnişinləri 1 manata aparırdılarsa, son həftə ərzində qiyməti 50 qəpik artırıblar.
Belə ki, artıq bir neçə gündür, sərnişinlər 1 manat 50 qəpiyə getməli olurlar.
Sakinlərin sözlərinə görə, günorta tıxac olmasa da, qiymət endirilmir. Hətta axşamlar 3 manat gedişhaqqı tələb edənlər də olur.