Siyasət

“Azərbaycanla Fransa arasında fikir ayrılıqları yaranıb” – Bayramov

Azərbaycanla Fransa arasında müharibədən sonra fikir ayrılıqları yaranıb.

Jamaz.info xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz Konstituasiyası, BMT Nizamnaməsi və legitim hüquqlarına əsaslanaraq torpaqlarını azad edib:

“Ancaq postmünaqişə dövründə Fransa ilə münasibətlərdə müəyyən fikir ayrılıqları yaranıb. Buna baxmayaraq, Azərbaycan hətta gərginlik dövründə belə təmasları davam etdirib. Biz təmaslara həmişə açıq olmuşuq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button