Cəmiyyət

Rusiya Volkovu niyə geri çağırdı?

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov geri çağırılıb.
Bundan sonra onu general-polkovnik Aleksandr Lentsov əvəz edəcək. Qeyd edək ki, A.Lentsov daha əvvəl Rusiya Müdafiə nazirinin məsləhətçisi vəzifəsində çalışıb.
Maraqlıdır, Volkovun Lentsovla əvəzlənməsinin səbəbi nədir?
Jamaz.info xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlamasında bildirib ki, böyük ehtimalla bu dəyişiklik Volkovun rus əsgərini erməni silahlılarının kuryerinə çevirməsi ilə birbaşa əlaqəlidir.
Ə. Verdiyev qeyd edib ki, general Volkovun fəaliyyətləri Azərbaycanı qane etmirdi:
“Ayrı-ayrı epizodları çıxmaq şərtilə sülhməramlı kontingentin komandanlığı tamamilə birtərəf və neytrallığını itirərək, birmənalı şəkildə erməni silahlılarının maraqlarına xidmət edirdi. Sülhməramlılar Qarabağda mövcud olan erməni silahlılarını ərazidən çıxarmaq əvəzinə onların yerləşməsinə dəstək olurdular. Dəfələrlə rəsmi orqanlar tərəfindən səsləndirilən bəyanatların tam əksinə olaraq, rus kontingenti ərazidə sülhün və təhlükəsizliyin bərpa olunmasına deyil, silahlıların daha uzun müddət ərazilərimizdə mövcud olmasına şərait yaratdı. Belə olan vəziyyətdə təbii ki, Rusiya siyasi rəhbərliyi Azərbaycan tərəfin Volkovun fəaliyyətinin qeyri-qənaətbəxş olduğuna dair fikirlərini nəzərə almalı idi. Ümumiyyətlə, istənilən kontingentin hər 6 aydan bir dəyişdirilməsinin leyhinəyəm. Amma bu, sülhməramlı kontingentə yerli erməni separatçıları ilə yaxın təmaslar yaratmağa mane ola biləcək yeganə çıxış yolu ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button