ManşetÖlkə içi

Arşak Abramyan: “Qarabağda insanlar ümidsizdir, nə edəcəklərini bilmirlər”

Qarabağda yaşayan ermənilərin son hadisələrdən sonra durumu çox maraqlıdır. JAMAZ.İNFO xəbər verir ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət məntəqəsinin qurulmasından sonra ümidləri tamamilə ölüb. Onlar nə edəcəklərini də bilmirlər.

Qarabağda fəaliyyət göstərən “Vernatun” analitik mərkəzinin rəhbəri Arşak Abramyan da qeyd edir ki, durum çox qarışıqdır. O, Xankəndidə panikanın olmadığını iddia etsə də, qeyri-müəyyənliyin olduğunu təsdiqləyir. “Bir saat sonra nə olacağını heç kim bilmir və bütün bunlar insanlara təsir edir. Vəziyyətin nəzarətdən çıxacağını da istisna etmirəm. Təbii ki, vəziyyəti və bütün riskləri dəqiq qiymətləndirmək mümkün deyil. Amma bu qədər mübarizədən sonra yeni güzəştlər olarsa, düşünürəm ki, xalqın reaksiyası gözlənilməz olacaq”.

Abramyan bildirib ki, Qarabağdakı ermənilər əsasən Ermənistanın baş naziri Nikol Paşinyanı günahlandırırlar. Onun sözlərinə görə, hazırda Qarabağda Ruben Vardanyan və Karen Sarkisyanın daha çox reytinqi var.

O vəziyyətdən necə çıxacaqları barədə qəti fikrilərinin olmadığını da deyib. Erməni ekspert hesab edir ki, bunun üçün bir qədər də çalışmaq lazım gələcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button