Sosial

Xəstəxanada yanğın: Reanimasiyada yatan xəstə öldü

Bu gün Gəncədə xəstəxanada yanğın baş verib.

Jamaz.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında qeydə alınıb. Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, hadisə binanın zirzəmisindəki yanğın şitində baş verib. Havalandırma borusundan binanın digər məntəqələrinə tüstü dolub.

Qeyd edək ki, ölən xəstə ürək çatışmazlığından xəstəxanada yatırmış.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button