ManşetÖlkə içi

Volkov danışıqlar üçün Laçındakı SBM-ə gəlib

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun bu gün Ermənistanla sərhəddə yeni qurulmuş Sərhəd Buraxılış Məntəqəsinə gəlib. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların nümayəndəsi Artur Harutyunyan açıqlayıb.

O bildirib ki, Volkov Həkəri çayı üzərində Azərbaycanın yeni quraşdırdığı məntəqədə danışqlar aparmaq niyyətində olub. İki gündür komandanlığın məsul şəxslərinin apradıqları danışıqların nəticə verməməsi səbəbindən, özü prosesə qoşulub.

Onun sözlərinə görə, ruslar Azərbaycan və Qarabağdakı separatçılarla ayrı-ayrılıqda danışıqlar aparır. “Üç gündür davam edən danışıqlar hələ də nəticəsiz qalıb. Nə olacağını bilmirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button