ManşetSiyasət

Yaşar Əliyev: “Ermənistan 8 şərti yerinə yetirməlidir”

“İrəvan münasibətlərin tam normallaşması üçün səkkiz şərti yerinə yetirməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bəyan edib.

O deyib ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, hələ də işğal altında olan səkkiz sərhəd kəndini geri qaytarmalı, ərazi iddialarından, qanunsuz hərəkətlərdən və dezinformasiyadan əl çəkməli, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir. “Münaqişə zamanı itkin düşənlərin yerini desinlər, Azərbaycana dəymiş ziyanı ödəsinlər və iki ölkə arasında sülh müqaviləsi və sərhədin demarkasiyası ilə bağlı xoş niyyətlə danışıqlar aparsınlar”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button