ManşetÖlkə içi

Ucarda bir həftə içində iki ölüm faktı: Xəstəxanada 16 yaşlı qız niyə dünyasını dəyişib?

Ucar Mərkəzi Xəstəxanasında qəribə vəziyyət yaranıb. JAMAZ.İNFO xəbər verir ki, işin qəribə tərəfi odur ki, bu xəstəxanaya sağlam gələn insanların ya meyidi çıxır, ya da yarıcan şəkildə oranı tərk edirlər.

Bir qrup Ucar sakini (Cəbrayılov Tural Malik oğlu, Həsənov Namiq Vasif oğlu, Babayev Gündüz Səlim oğlu və Seyidov Mirəli Mansur oğlu) redaksiyamıza müraciət edərək, baş verənlərin təfsilatları barədə yazıblar. Onlar bildirirlər ki, aprelin 24-də qan təzyiqi aşağı düşərək, halı pisləşən Ucar rayonu Qazyan kənd sakini 16 yaşlı Ələkbərova Kamilə Yaqub qızı xəstəxanaya çatdırılsa da, qəfil vəfat edib. Gənc qızın indiyə qədər səhhətindən şikayətçi olmadığını bildirən şikayətçilər iddia edirlər ki, Kamilə, onu müayinə edən həkim Aydın Hüseynovun səhlənkarlılğının qurbanı olub.

Bundan bir həftə öncə isə Ucar rayonu, Çiyni kənd sakini Hüseynov Ceyhun Şahin oğlu hamilə həyat yoldaşını Ucar rayon Xəstəxanasına gətirib. Vaxtından əvvəl olduğu üçün keysəriyyə əməliyyatı ilə doğulan uşaq bir neçə saat sonra ölüb.

Şikayətçilər baş verən iki ölüm faktına görə, məsuliyyətin TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və İdarə Heyətinin sədri Zaur Əliyevin üzərinə düşdüyünü deyirlər. Onlar iddia edirlər ki, Ucar rayon Mərkəzi Xəstəxanasında ölüm hallarının sayı həddindən artıq çoxdur.

Ucar sakinləri xəstəxananın baş həkimi Zeynal Bayramlının ümumiyyətlə, iş bacarmadığını, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adamı olduğu üçün həmin vəzifədə qaldığını bildirirlər. Baş həkimin adının bir çox qanunsuz işlərdə hallandığını vurğulayan sözügedən şəxslər rəsmi qurumlardan kömək istəyirlər.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button