Cəmiyyət

Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılacaq – Spikerdən tapşırıq

Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

Jamaz.info xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib.

“Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram. Bu məsələ ilə bağlı çox ciddi məşğul olun. Komissiyada müzakirə aparın və mənə məruzə edin”,- deyə sədr bildirib.

Milli Məclisin deputatları sədrin tapşırığını dəstəkləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button