Dünya

Ukraynadan idxal qadağası ilə bağlı Leyenə müraciət olundu

Avropa Biznes Assosiasiyası Avropa Komissiyasının prezidenti Ursula fon der Leyendən və Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunun İcraçı vitse-prezidenti Valdis Dombrovskisdən Polşa, Macarıstan və Slovakiya hökumətlərinin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməklə bağlı son qərarlarının təcili nəzərdən keçirilməsinə kömək etməyi xahiş edib.

Jamaz.info xəbər verir ki, bu barədə “Strana” nəşri yazıb.

“Axı belə tələsik qərarlara görə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracından asılı olan ölkələrin ərzaq təhlükəsizliyi təhdid altındadır. Üstəlik, bu cür qadağalar birbaşa Avropa qanunlarının pozulmasıdır”, – müraciətdə deyilir.

Bundan əvvəl Polşa, Macarıstan və Slovakiya Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Ötən həftə Polşa həmçinin təzə və emal olunmuş meyvə-tərəvəz, dondurulmuş giləmeyvə kimi məhsulların idxalını məhdudlaşdırıb.

Macarıstan isə Ukraynadan idxalı qadağan edilən kənd təsərrüfatı məhsullarının siyahısını genişləndirib. Əlavə olaraq siyahıya taxıl, yağ, ət, bal və un, ümumilikdə 25 kənd təsərrüfatı məhsullarının idxalı qadağan olunub.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button