Cəmiyyət
Azərbaycanda yenə zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.