ManşetSiyasət

Rusiya XİN: Bakı və İrəvan arasındakı vəziyyətdən narahatıq

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyətlə bağlı bəyanat yayıb.

Jamaz.info xəbər verir ki, bəyanat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.

Qeyd olunub ki, Moskva Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının üz-üzə durduğu xətdə, eləcə də rəsmi Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahatdır.

“Biz son dərəcə narahatlıqla atəşkəs rejiminin pozulmasının və tərəflərdən mütəmadi olaraq itkilərlə nəticələnən müxtəlif insidentlərin artmasını vurğulayırıq. Biz Azərbaycanın və Ermənistanın publik məkanında ittihamedici və aqressiv ritorikanın artmasını heç də az təhlükəli saymırıq. Rusiya tərəfi sülhməramlıların komandanlığının iştirakı ilə həm siyasi səviyyədə, həm də sahədə Azərbaycan və Ermənistana bütün lazımi köməyi göstərməyə hazırdır. Biz həmçinin xarici Qərb aktorlarına və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob ünsürlərə Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qarışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə məlumatda bildirilib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button