Dünya

II Dünya müharibəsində ABŞ tərəfindən batırılmış yapon gəmisi tapıldı – 1060 cəsəd

İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın “Montevideo Maru” gəmisi şənbə günü tapılıb və göyərtəsində mindən çox hərbi əsirin qalıqları aşkar edilib.
Jamaz.info xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese bildirib.
“Nəhayət, Montevideo Marudan olan ölü ruhların dəfn olunduğu yer tapıldı. Gəmidəki 1060 hərbi əsir arasında 850 avstraliyalı əsgər də olub”, – Albaneze Twitter hesabında yazıb.
Yaponiyanın “Montevideo Maru” gəmisi 1942-ci il iyulun 1-də Amerika sualtı qayığı tərəfindən batırılıb, mindən çox hərbi əsir həlak olub.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button