Dünya

Tramp söz verdi: Qalib gəlsəm, Çindən..

Tramp Çinin qarşılıqlı ticarətdə ən çox üstünlük verdiyi dövlət statusunu ləğv edəcəyinə söz verib.

Jamaz.info xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyi təqdirdə Çindən tam iqtisadi müstəqilliyə nail olacağına və Çini qarşılıqlı ticarətdə ən əlverişli ölkə statusundan məhrum edəcəyinə söz verib.
Florida ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən o, “Yenidən prezident olanda Çinin ticarətdə ən əlverişli dövlət statusunu ləğv edəcəyəm… Çindən tam müstəqilliyə nail olacağam” deyib.

Hazırkı administrasiya əmin edir ki, sanksiyaların tətbiqinə baxmayaraq, o, dünyanın iki ən böyük iqtisadiyyatını sərhədləşdirməyə çalışmır və belə bir nəticəni hər iki ölkə üçün fəlakət hesab edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button