Dünya

Son nəticələr açıqlandı: Türkiyədə seçkinin qalibi kim olacaq?

Türkiyədə seçkilərlə bağlı keçirilən son rəy sorğusunun nəticələri açıqlanıb.

Jamaz.info xəbər verir ki, “Areda Survey” araşdırma şirkətinin 15-20 aprel tarixində 17,400 nəfər arasında keçirdiyi sorğuda diqqətçəkən nəticələr ortaya çıxıb.

Sorğunun nəticələrinə görə, “Cümhur İttifaqı”nın namizədi olan prezident Rəcəb Tayyib Ərdoğan ciddi fərqlə öndədir. Vətəndaşlar hesab edir ki, Ərdoğan seçkinin ilk turunda da, ikinci turunda da qalib gələcək.

“Bu bazar günü prezident seçkiləri keçirilərsə, kimə səs verərsiniz” sualına verilən cavab: Ərdoğan – 51,4 faiz, Kılıçdaroğlu 41,8 faiz;

“Seçkilər ikinci tura qalarsa, kimə səs verərsiniz” sualına verilən cavab: Ərdoğan 53,5 faiz, Kılıçdaroğlu 46,5 faiz;

“Bu bazar günü parlament seçkiləri keçirilərsə, hansı partiyaya səs verərsiniz” sualına verilən cavab: AKP 41,1 faiz, CHP 25,4 faiz, Yaşıl Sol partiyası 10,1 faiz, MHP 8,8 faiz, İyi Partiya 6,9 faiz, Məmləkət partiyası 3,3 faiz;

CHP-yə yaxınlığı ilə seçilən “Metropoll” araşdırma şirkətinin keçirdiyi sorğuda da Ərdoğan və AKP öndədir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button