Cəmiyyət

Şeyxdən ömürlük məhbuslarla bağlı açıqlama: Azadlığa buraxılacaqlar?

“Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”.
Jamaz.info “Report”-a istinadən xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: “Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”.
A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var: “Bu, birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button