Dünya

Ermənistanla əməkdaşlığı dərinləşdirəcəyik – Çin səfiri

“Ermənistan və Çin əməkdaşlığın yeni istiqamətləri üzərində işləyirlər”.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Çinin İrəvandakı səfiri Yun Fan deyib.

“Ölkələr təmaslarla yeni sahələri əhatə etmək istəyir. Bu, ikitərəfli əməkdaşlığı dərinləşdirəcək. Belə yeni sahələr arasında astronavtika, yüksək texnologiyalar sahəsində potensialın artırılması da var. Ümid edirəm ki, tezliklə Ermənistanda Çin kapitallı müəssisələrin sayı artacaq”, – çinli diplomat vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button