Ölkə içi
Narkoloji dispanserdə bıçaqlanma
Bakıda 44 yaşlı kişi bıçaqlanıb.
Hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserində baş verib.
Məlumata görə, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Əzizov nahar edərkən heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Ə.Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq, ona qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.(Modern)