Sosial

Tibbi maskalarla bağlı güzəşt 2030-cu ilədək uzadıldı

Tibbi maskaların istehsalı məqsədilə ölkəyə gətirilən kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallara tətbiq edilən güzəştin müddəti uzadılıb.

Jamaz.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliklə güzəşt müddəti 31 dekabr 2030-cu il tarixinədək artırılıb.

Qərarda bildirilib ki, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 2030-cu ilədək 15 faiz idxal gömrük rüsumundan azad edilir.

İndiyə qədər bu müddət 2024-cü ilədək nəzərdə tutulmuşdu.

Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button