Cəmiyyət

Rus deputat “Jah Kahlib”in  konsertlərinin qadağan olunmasını tələb edir: “Ukraynanı dəstəkləyir”

Rusiya Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Moskva meri, Sankt-Peterburq qubernatoru və Baş Prokurorluğa müraciət edərək azərbaycanlı hip-hop ifaçısı, “Jah Khalib” ləqəbli Bəxtiyar Məmmədovun konsertlərinin qadağan edilməsini tələb edib. JAMAZ.İNFO xəbər verir ki, deputat bunu müğənninin Ukraynanı dəstəkləməsi ilə “əsaslandırıb”.

O bildirib ki, müğənninin Ukrayaya olan rəğbəti barədə KİV-dən məlumat əldə edib. “KİV-dən öyrəndim ki, Ukrayna silahlı qüvvələrinə dəstəyini açıq şəkildə bildirən musiqiçi Moskva və Sankt-Peterburqda konsertlər planlaşdırır. Azərbaycanlı reper “İnstaqram”da ukraynalıları nəinki sevdiyini, həm də onlara heyran olduğunu yazıb”.

Lantratova məlumatın yoxlanılmasını və lazım gələrsə, cavab tədbirlərinin görülməsini, xüsusən də musiqiçinin konsertlərinin qadağan edilməsini tələb edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button